Dek
2017
21:30
19
453
3401
Virtual karabakh

Rusiya və Ermənistan XİN başçıları Qarabağı müzakirə etdilər

8 Dek, 2017
21:30
3401

Rusiya və Ermənistan XİN başçıları Qarabağı müzakirə etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan və Rusiya xarici işlər nazirləri - Edvard NalbandyanSergey Lavrov Vyanada ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının plenar iclası çərçivəsində ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri müzakirə ediblər.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in Mətbuat xidməti məlumat yayıb.

"Görüş zamanı xarici işlər nazirləri Ermənistan-Rusiya münasibətlərinin mövcud vəziyyəti, iki dövlət başçısının əldə etdiyi razılaşmaların həyata keçirilməsi və ATƏT-in fəaliyyətinin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparıblar", - Ermənistan XİN-in saytında bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, nazirlər həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini nəzərdən keçiriblər.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri