12 
Dek
2017
12:26
193
42
1589
Virtual karabakh

Politoloq: Rusiya ilə Türkiyənin mehriban qonşuluq münasibəti Azərbaycanın maraqlarına uyğundur

12 Dek, 2017
12:26
1589

Politoloq: Rusiya ilə Türkiyənin mehriban qonşuluq münasibəti Azərbaycanın maraqlarına uyğundur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Rusiya ilə Türkiyənin ümumi konseptual, strateji təhlükəsizlik baxımından mehriban qonşuluq münasibətində olması Azərbaycanın maraqlarına cavab verir".

Bu barədə Oxu.Az-a Rusiya prezidenti Vladimir Putinin Türkiyə lideri Rəcəb Tayib Ərdoğanla dünən Ankarada baş tutan görüşünü şərh edərkən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

“Dünən baş tutan görüşdə Rusiya ilə Türkiyə arasında həm ikitərəfli ticari-iqtisadi münasibətlər, həm Suriya məsələsi müzakirə mövzusu olub.

Düşünürəm ki, qeyd edilən məsələlərin fonunda Qarabağ məsələsi Ankara görüşündə o qədər də aktual olmayıb. Bir məqamı da vurğulamaq lazımdır ki,  Türkiyənin MDB məkanında, yəni Rusiyanın təsir zonasında təkcə Dağlıq Qarabağ münaqişəsinə deyil, eləcə də, Krım məsələsinə, Abxaziya münaqişəsinə də özünəməxsus yanaşması var. Bütün bunlar onu göstərir ki, Türkiyənin Qarabağ məsələsini hazırda qaldırması o qədər də effektli deyil. Dağlıq Qarabağ məsələsində Ərdoğanın gördüyü ən böyük iş artıq keçən görüşlərdə olub. Türkiyə prezidenti bu görüşlər çərçivəsində Putindən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün iki dəfə xahiş edib. Rusiya lideri də öz növbəsində türkiyəli həmkarının xahişini nəzərə alıb.

Qeyd edim ki, Ərdoğan Dağlıq Qarabağ problemini həll edə bilən yeganə gücün Rusiyanın prezidenti Vladimir Putin olduğunu etiraf edib. V.Putinin fikrincə, Dağlıq Qarabağ münaqişəsi indi tənzimlənsə, Azərbaycan xalqı bunu Türkiyənin xidmətləri hesab edəcək. Bu səbəbdən də, Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllində tələsməyib. Lakin R.Ərdoğanın bəyanatından sonra Moskva məsələnin həllində addımlar atmağa başlayıb.

Ona görə də Türkiyə ilə Rusiya arasında əlaqələrin inkişafı Azərbaycanın maraqlarına uyğundur. O cümlədən ümumi konseptual baxımdan Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsində də böyük rolu var. 

Bununla yanaşı, Türkiyə ilə Rusiya arasında tarix boyu iğtişaşlar yaşandığını nəzərə almaq lazımdır. Onların münasibətləri gələcəkdə yenə gərginləşərsə, bu, Dağlıq Qarabağ məsələsinə də təsir edə bilər. Münaqişənin tək Rusiya tərəfində tənzimlənməsi daha məqsədəuyğun olar. 

Azərbaycanın Dağlıq Qarabağ problemini təkbaşına həll etmək gücündə olduğunu nəzərə almaq lazımdır. Sadəcə, burada başqa nüanslar da var. Qeyd edim ki, erməni ekspertlərinin fikrincə, Azərbaycan artıq Dağlıq Qarabağdan ötrü mübarizə aparmır. Onların fikrincə, Azərbaycanın apardığı mübarizə Ermənistanı dövlət olaraq məhv etməkdir”, - deyə politoloq bildirib.  

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri