12 
Dek
2017
13:01
12
79
1571
Virtual karabakh

XİN: Azərbaycanla Gürcüstan arasında delimitasiya prosesi davam edəcək

12 Dek, 2017
13:01
1571

XİN: Azərbaycanla Gürcüstan arasında delimitasiya prosesi davam edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Rusiya və Azərbaycan arasında demarkasiyanın həyata keçirilməsi üçün dövlət komissiyası mövcuddur. Bu komissiya indiyə qədər bütün normativ hüquqi sənədləri qəbul edib".

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

X. Xələfov deyib ki, hazırda qəbul edilmiş, razılaşdırılmış plan əsasında sərhəddə konkret sərhəd işarələrinin qoyulması və müvafiq qurğuların quraşdırılması ilə bağlı fəaliyyətlər həyata keçirilir: "Bu iş gələn il də davam etdiriləcək. Biz diplomatik kanallar vasitəsilə komissiyaların rəhbərləri arasında görüşləri razılaşdırırıq. Bu, daimi prosesdir".

Nazir müavini Azərbaycanla Gürcüstan arasında delimitasiya prosesinin isə hələ bitmədiyini qeyd edib: "Komissiyalar danışıqları davam etdirir. Gürcüstanla bu il delimitasiya ilə bağlı belə məsləhətləşmə həyata keçirmək planımız var idi, ancaq bunu edə bilmədik. Yəqin ki, gələn ilin əvvəllərindən başlayaraq Gürcüstanla danışıqları davam etdirəcəyik. Müəyyən sahələrdə razılaşma əldə olunmursa, danışıqlar davam etdirilir. Bu, uzun, çox da asan olmayan prosesdir. Elə olur ki, hər bir sahə üzrə aylarla müzakirə aparılır". 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri