12 
Dek
2017
16:11
15
170
1608
Virtual karabakh

Millət vəkili: Ermənistan “Şərq Tərəfdaşlığı” proqramında Rusiyanın təmsilçisidir

12 Dek, 2017
16:11
1608

Millət vəkili: Ermənistan “Şərq Tərəfdaşlığı” proqramında Rusiyanın təmsilçisidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son zamanlar Ermənistanın Rusiyadan soyuyaraq ümidlərini Qərbə doğru dəyişməsi müşahidə olunur. Rəsmi Yerevan hətta Moskvanı Azərbaycana silah satmaqla ikili siyasət yürütməkdə də ittiham edir.

Millət vəkili Asim Mollazadə Oxu.Az-a açıqlamasında Ermənistanın Qərbə meyillənməsini "siyasi oyun" adlandırıb.

“Ermənistan Moskvanın icazəsi ilə və məhz Rusiyanın mənfəəti üçün  Avropaya üz tutur. Əslində, Ermənistan “Şərq Tərəfdaşlığı” proqramında bir növ Rusiyanın  təmsilçisidir.  Bu da Rusiyanın istənilən zaman Ermənistan vasitəsilə proqramın bütün proseslərinə özünün mənfi təsir göstərə bilməsi deməkdir. 

Bu pərdəarxası oyunla Rusiya Beynəlxalq ictimaiyyətə  Ermənistanın müstəqil siyasət apardığını və buna görə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Yerevana təzyiq göstərmək gücündə olmadığını nümayiş etdirməyə çalışır”, - deyə millət vəkili bildirib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri