15 
Dek
2017
17:39
25
411
3778
Virtual karabakh

Yevgeni Mixaylov: Rusiya tarixən Ermənistanı dəstəkləyib

15 Dek, 2017
17:39
3778

Yevgeni Mixaylov: Rusiya tarixən Ermənistanı dəstəkləyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dağlıq Qarabağ münaqişəsində Rusiya tarixən Ermənistanı dəstəkləyir, belə ki, onlar bizim çoxdankı müttəfiqimizdirlər”.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Bakıda keçirilən mətbuat konfransında Rusiyanın politoloqu, beynəlxalq münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik mələləri üzrə ekspert Yevgeniy Mixaylov bildirib.

Politoloq vurğulayıb ki, Rusiya Azərbaycanın da hüquqlarının tapdanmasına yol verməməyə çalışır.

“Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətlərində bütün mümkün cəhdləri edir. Belə ki, Rusiyanın özünə də sərhədlərində problemlərin olması lazım deyil. Böyük ehtimalla, ümummüsəlman dünyası ilə qarşılıqlı münasibətlərin yaxşılaşmasına doğru olan bütün dünyəvi tendensiyalar, bu münaqişənin də həllinə gətirib çıxara bilər”, - deyə politoloq qeyd edib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri