29 
Dek
2017
17:21
42
191
8808
Virtual karabakh

Millət vəkili: Bizim təklifimiz qəbul edilmədi

29 Dek, 2017
17:21
8808

Millət vəkili: Bizim təklifimiz qəbul edilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi üçüncü-yekun oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Milli Məclisin deputatı Vahid Əhmədov Oxu.Az-a bildirib ki, qeyd edilən qanun layihəsi hazırda mükəmməl şəkildədir. 

“Qanun layihəsinin müzakirələri zamanı bizim müəyyən təkliflərimiz olub. Belə ki, layihənin 6-cı maddəsində səfərbərlik və müharibə ərəfəsində Silahlı Qüvvələrə rəhbərliyi Ali Baş Komandanın etdiyi göstərilir. 6.1-ci maddəsində isə qeyd edilib ki, real təhdid olan dövrlərdə isə silahlı birləşmələr bu məsələləri öz aralarında həll edirlər. Lakin prezident Respublikanın Ali Baş Komandanı olduğu üçün biz bütün nəzarət mexanizmlərinin onun tərəfindən yerinə yetirilməsini təklif etdik. Bu təklif qəbul edilmədi”, - deyə deputat bildirib. 

Vahid Əhmədovun sözlərinə əsasən, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi gələn ilin əvvəli dövlət başçısı tərəfindən imzalanmağa göndəriləcək.

Qeyd edək ki, 5 fəsil, 16 maddədən ibarət olan bu qanun layihəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Nigar Orucova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri