16 
Yan
2018
01:31
336
76
4423
Virtual karabakh

İlham Əliyev: Sabah Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcək

16 Yan, 2018
01:31
4423

İlham Əliyev: Sabah Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcək. Azərbaycanın “Buta Airways” şirkəti birinci reysi icra edəcək. Bu da çox əlamətdar hadisədir. Bu reys, əlbəttə ki, insanları bir-birinə daha da sıx bağlayacaq, insanlararası əlaqələr güclənəcək, turizmin inkişafına təkan veriləcək və bir sözlə, Bolqarıstan-Azərbaycan dostluğunu daha da möhkəmləndirəcək.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Bolqarıstan baş naziri Boyko Borisovla birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, iki ölkə humanitar sahədə də əməkdaşlığı dərinləşdirir:

“Azərbaycanda Bolqarıstanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına çox böyük maraq var. Bakı Slavyan Universitetində bolqar dili və ədəbiyyatı mərkəzi fəaliyyət göstərir. Əlbəttə ki, humanitar sahədəki əməkdaşlıq, insanlar arasındakı ünsiyyət bizim dostluğumuzu daha da möhkəmləndirir və möhkəmləndirəcək”.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri