16 
Yan
2018
11:37
212
23
3658
Virtual karabakh

Avropa “Metsamor”un bağlanması üçün 200 milyon avro ayıracaq

16 Yan, 2018
11:37
3658

Avropa “Metsamor”un bağlanması üçün 200 milyon avro ayıracaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi Brüssel Ermənistanda fəaliyyətdə olan atom elektrik stansiyasının bağlanması üçün fəal şəkildə təbliğat işləri aparır, onun alternativ imkanlarla əvəzlənməsini təklif edir.

Oxu.Az xəbər verir ki, bu barədə “Независимая газета” yazır.

Məlumata görə, Brüssel Ermənistanda“”Metsamor” AES-in konservasiyası məqsədilə 200 milyon avro ayırmağı belə vəd edib.

Qeyd edək ki, atom elektrik stansiyasının tikintisi 1960-cı ildə başlanılıb və 1976-cı ildə istismara verilib. Ermənistan hökuməti 2014-cü ilin mart ayında nüvə energetikasının yeni blokunun inşasının yubanmasına görə stansiyanın istismarının 2026-cı ilə qədər uzadılması haqqında qərar qəbul edib.

Xatırladaq ki, Azərbaycan, Türkiyə, və İranın stansiyanın yaratdığı təhlükə ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinə etdiyi müraciətlərə baxmayaraq, Ermənistanda stansiyanın fəaliyyəti hələ də  davam etdirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri