16 
Yan
2018
12:26
52
100
3895
Virtual karabakh

Deputat: “Metsamor” dünyəvi təhlükədir

16 Yan, 2018
12:26
3895

Deputat: “Metsamor” dünyəvi təhlükədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Metsamor” AES-in fəaliyyəti artıq dayandırılmalıdır, təcavüzkar Ermənistanın bu məsələdə “şıltaqlığı”na son qoyulmalıdır.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva deyib.

O qeyd edib ki, “Metsamor” nəinki Azərbaycan, qardaş Türkiyə üçün, bütövlükdə bölgə və dünya üçün təhlükəlidir və təhlükə mənbəyi olaraq qalmaqdadır:

“Azərbaycan neçə illərdir ki, dünya birliyindən, beynəlxalq qurumlardan Ermənistana bu məsələdə ciddi təsir və təzyiq  göstərilməsini, işğalçı, təcavüzkar ölkənin həmin stansiyanı bağmağa məcbur edilməsini xahiş və tələb etsə də, çox təəssüflər olsun ki, ənənəvi olaraq susqunluq, laqeydlik, biganəlik nümayiş etdirilir. Yəni, bu məsələdə də kimsə Ermənistana “gözün üstə qaşın var” demək istəmir, yenə ikili standartlar ortaya qoyulur. Amma acı Çernobıl təcrübəsi ortadadır. Bu faciənin üstündən 30 ildən artıq vaxt ötsə də, onun vurduğu yaralar hələ də sağalmayıb.

Neçə ki, gec deyil - əslində çox illər itirilib - dünya birliyi, beynəlxalq qurumlar öz “müdrik” susqunluqlarından əl çəkib hərəkətə, konkret əməli fəaliyyətə keçməli, Ermənistana bu məsələdə ən ciddi basqılar göstərərək, onu “Metsamor”u bağlmağa məcbur etməlidir. Yoxsa, bundan ziyan çəkən təkcə biz olmayacağıq. Ermənistanın nazı ilə oynayan, onun “könlünə” dəymək istəməyənlər də öz “paylar”ını alacaqlar, daha doğrusu, bunun məsuliyyətindən yaxa qurtara bilməyəcəklər. Odur ki, Azərbaycanın, ölkə ictimaiyyətinin bu məsələdə narahatlığını, haqlı etirazını əsaslı sayaraq, bildirmək istəyirəm ki, “Metsamor” bağlanmalı, onun fəaliyyəti dayandırılmalıdır”.

Qeyd edək ki, artıq rəsmi Brüsselin Ermənistanda fəaliyyətdə olan atom elektrik stansiyasının bağlanması üçün fəal şəkildə təbliğat işləri apardığı, onun alternativ imkanlarla əvəzlənməsini təklif etdiyi iddia olunur.

Məlumatlara görə, hətta Brüssel Ermənistanda “Metsamor” AES-in konservasiyası məqsədilə 200 milyon avro ayırmağı belə vəd edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri