17 
Yan
2018
15:22
30
91
2941
Virtual karabakh

Tillerson Inı hədələdi

17 Yan, 2018
15:22
2941

Tillerson Inı hədələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi Pxenyan danışıqlara başlamasa, bu, hərbi münaqişəyə yol açacaq.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson açıqlama verib.

Koreya yarımadasında mövcud vəziyyətlə bağlı Vankuverdə nazirlər səviyyəsində keçirilən görüşdən sonra jurnalistlər ABŞ-la KXDR arasında müharibə riskinin nə dərəcə yüksək olduğunu amerikalı ali diplomatdan soruşub.

“Hamımız mövcud vəziyyəti sayıq və aydın şəkildə təhlil etməliyik. Şimali Koreya nüvə silahı proqramı ilə bağlı irəliləyişə nail olmaq istiqamətində fəaliyyəti davam etdirir. Son nüvə sınaqları və ballistik raket məsələsinin mütəmadi olaraq təkmilləşdirilməsindən də görürük ki, bu silahlar məhvedici gücə malikdir”, – deyə ABŞ dövlət katibi bildirib.

Tillerson jurnalistin Şimali Koreyaya məhdud hərbi müdaxilənin mümkünlüyü ilə bağlı sualına cavab verməkdən imtina edib.

Bundan əvvəl ABŞ mətbuatında hərbi mənbələrə istinadən, KXDR-ə potensial hərbi müdaxilə ilə bağlı iddialar yayılmışdı. Söhbət ilk növbədə qeyri-nüvə silahları ilə məhdud hava zərbələrindən gedir. Həmin iddialara görə, Pxenyanın öz nüvə qüdrətini dünyaya göstərməsinə baxmayaraq, Pentaqon bu cür əməliyyatların müsbət nəticə verəcəyinə inanır.

Vankuverdə keçirilmiş konfransın yekunlarına görə, toplantıda iştirak edən 20 dövlət Şimali Koreyanı BMT-nin tətbiq etdiyi sanksiya rejiminə əməl etməyə məcbur etməklə bağlı razılığa gəlib.  

Xatırladaq ki, bir müddət əvvəl BMT Pxenyanın raket və nüvə sınaqlarına cavab olaraq Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirib. Şimali Koreya probleminin həllində vasitəçilik etməyə çalışan Rusiya və Çin yarımadada vəziyyətin sabitləşməsi üçün KXDR-i nüvə sınağı və raket buraxılışları ilə bağlı moratorium elan etməyə, ABŞ və Cənubi Koreyanı isə regionda birgə hərbi təlimlərə son qoymağa çağırıb. Vaşinqton bu təşəbbüsə məhəl qoymayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri