17 
Yan
2018
15:51
138
70
10013
Virtual karabakh

Peskov Putinin səhhəti barədə

17 Yan, 2018
15:51
10013

Peskov Putinin səhhəti barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyasının prezidenti Vladimir Putin tamamilə sağlamdır.

Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu bəyanatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.

“Sizi əmin edə bilərəm ki, prezident tamamilə sağlamdır, hətta səhhəti bir çoxlarından üstündür”, - deyə Peskov bildirib.  

Jurnalistlər Putinin səhhəti ilə bağlı məlumatların təfsilatlı şəkildə ictimailəşdirilməsi məsələsini qaldırsa da, Peskov  ölkə qanunvericiliyində bu cür formatların nəzərdə tutulmadığını diqqətə çatdırıb.

“Qanunvericilikdə prezidentin səhhəti barədə bu və ya digər məlumatların icbari qaydada ictimailəşdirilməsi deyilən bir müddəa yoxdur”, - deyə Peskov bildirib.

Xatırladaq ki, Ağ Ev ABŞ prezidenti Donald Trampın səhhəti barədə ABŞ ictimaiyyətini məlumatlandırmışdı.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri