17 
Yan
2018
17:23
252
56
25594
Virtual karabakh

İlham Əliyevdən yeni təyinat

17 Yan, 2018
17:23
25594

İlham Əliyevdən yeni təyinat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təyin edilib.

Qeyd edək ki, əslən gəncəli olan E. Nəcəfov fəlsəfə elmləri doktoru, professordur.

Bakı Slavyan Universitetində “Avropaşünaslıq” kafedrasının professoru və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Fəlsəfə və Sosial Psixologiya” kafedrasının müdiri vəzifəsində işləyib. 70-dan artıq elmi məqalənin, 4 monoqrafiyanın və 1 dərsliyin müəllifidir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri