18 
Yan
2018
21:47
14
157
1561
Virtual karabakh

Həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər

18 Yan, 2018
21:47
1561

Həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın əvvəlində regiona səfər edəcəklər.

Bunu Oxu.Az-ın Krakov görüşünün nəticələri barədə sorğusuna cavab olaraq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

E.Məmmədyarov qeyd edib ki, Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşündə həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb:

“Bu ideyalar əsasında müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. Prinsip etibarilə görüşlər pozitiv şəkildə keçdi. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri