19 
Yan
2018
00:36
8
146
2611
Virtual karabakh

Həmsədrlər bəyanatla çıxış ediblər

19 Yan, 2018
00:36
2611

Həmsədrlər bəyanatla çıxış ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT-in Minsk Qrupu həmsədrləri danışıqlar prosesinə mühüm töhfə kimi etibarın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırır.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşün yekunları üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatında deyilir.

Həmsədrlər danışıqlar prosesinə mühüm töhfə qismində etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin görülməsinə çağırıblar. Nazirlər və vasitəçilər təmas xəttində nisbi sakitliyin olduğunu etiraf ediblər. Həmsədrlər tərəfləri bu müsbət tendensiyanı möhkəmləndirməyə çağırıblar.

Qeyd edək ki, həmsədrlər (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birgə yanvarın 17-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və yanvarın 18-də Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla görüşüblər.

Həmsədrlər yanvarın 18-də hər iki nazirlə birgə görüş keçiriblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri