13 
Fev
2018
12:56
159
48
6650
Virtual karabakh

Arif Rəhimzadə spikerə etiraz etdi

13 Fev, 2018
12:56
6650

Arif Rəhimzadə spikerə etiraz etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə spiker Oqtay Əsədova etirazını bildirib.

Oxu.Az-ın xəbərinə görə, buna səbəb bələdiyyələrinin fəaliyyətinə nəzarət edən orqanın illik hesabat məruzəsinin parlamentin fevralın 13-də keçirilən plenar iclasında müzakirəsi zamanı ədliyyə nazirinin müavini Vilayət Zahirovdan sonra çıxış üçün söz verilməməsi olub.

“Əslində, komitə sədri olaraq, ədliyyə nazirinin müavininin hesabatından sonra mənə ilk olaraq çıxış üçün söz verilməli idi. Amma verilmədi. Məsləhət sizindir, istəmirsinizsə, heç çıxış etmərəm də...”

Spiker isə komitə sədrinin etiraz-iradı ilə razılaşmayıb və əlavə edib ki, sözü olsa, çıxış edə bilər.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri