13 
Fev
2018
17:30
1025
672
4168
Virtual karabakh

Deputat: Qaradağ rayonuna Heydər Əliyevin adı verilsin

Bakının Qaradağ rayonuna Heydər Əliyevin adının verilməsi təklif edilir.

Oxu.Az xəbər verir ki, bu təkliflə deputat Aydın Hüseynov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

A.Hüseynov qeyd edib ki, həm ulu öndər Heydər Əliyevin, həm də prezident İlham Əliyevin Qaradağ rayonunun sosial-iqtisadi inkişafında önəmli rolu olub.

Bunu nəzərə alaraq A.Hüseynov Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Qaradağ rayonunun Heydər Əliyev rayonu adlandırılmasını təklif edib.

Kamil Həmzəoğlu
www.oxu.az

Digər Siyasət xəbərləri