13 
Fev
2018
20:27
538
131
8503
Virtual karabakh

İlham Əliyev əhalinin sosial müdafiəsinə pul ayırdı

Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, bir sıra sosial təyinatlı obyektlərdə tikinti və əsaslı təmir işlərinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.10.8-ci yarımbəndində göstərilmiş məbləğin 15 297 900 (on beş milyon iki yüz doxsan yeddi min doqquz yüz) manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.

A.M.
www.oxu.az

Digər Siyasət xəbərləri