19 
Fev
2018
12:06
162
24
1191
Virtual karabakh

Millət vəkilləri Almaniyada Xocalıya həsr olunmuş simpoziuma qatılacaq

19 Fev, 2018
12:06
1191

Millət vəkilləri Almaniyada Xocalıya həsr olunmuş simpoziuma qatılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 22-də Almaniya Bundestaqında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş simpozium keçiriləcək.

Milli Məclisdən Oxu.Az-a verilən məlumata görə, tədbirdə parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və deputat Rövşən Rzayev iştirak edəcəklər.

Simpozium ölkəmizin Almaniyadaki səfirliyi, Azərbaycan-Almaniya forumu və Almaniya Atlantik Cəmiyyəti tərəfindən təşkil olunub.

Toplantıda Xocalı soyqırımı, ümumilikdə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər geniş ictimaiyyətə çatdırılacaq. Millət vəkilləri Almaniya Bundestaqında və Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcəklər.

Səfər fevralın 25-də başa çatacaq.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri