20 
Fev
2018
12:20
34
362
2134
Virtual karabakh

Deputat: Əlillərin işlə təmin olunması məsələsi diqqət mərkəzindədir

20 Fev, 2018
12:20
2134

Deputat: Əlillərin işlə təmin olunması məsələsi diqqət mərkəzindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 19-da Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Qarabağ müharibəsi iştirakçıları, veteranları, 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri ilə bağlı üç mühüm sənəd imzalanıb. Bu kateqoriyadan olan insanlar hər zaman diqqət mərkəzindədir.

Onların problemlərinə daim həssaslıqla yanaşılır. Dünənki sənədlər də bunun əyani təsdiqidir. Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının, xüsusilə, həssaslıqla yanaşılması tələb edilən vətəndaşlarının yanındadır.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında deputat Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, məlum sənədlər Azərbaycan prezidentinin və Azərbaycan dövlətinin müharibə əlilləri, şəhid ailələrinə necə böyük həssaslıq və diqqətlə yanaşdığının növbəti əyani təzahürüdür.

H.Rəcəbli gündəlikdəki “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsinə toxunaraq bildirib ki, birinci oxunuşdan sonra sənədə millət vəkillərinin irad və təklifləri nəticəsində bir sıra dəyişikliklər edilib.

Komitə sədrinin sözlərinə görə, növbəti oxunuşlarda da adıçəkilən sənədə bir sıra dəyişikliklər edilə bilər. Sözügedən komitənin üzvü Musa Quliyev isə əlillərin məşğulluq məsələsinin qanun layihəsində konkret göstərilməsini istəyib.

O, bildirib ki, bu məsələdə yenə qeyri-müəyyənlik davam edir:

“Mən bu məsələ ilə uzun illərdir məşğul oluram. Ömrümün az qala 30 ili əlillərlə bağlı məsələlərə həsr olunub.Onların problemlərinə bələdəm. Ona görə də əlillərin işlə təmin olunması, məşğulluq məsələsi öz həllini tapmalıdır. Bu məsələdə qeyri-müəyyənlik olmamalıdır”.

H. Rəcəbli qeyd edib ki, məlum qanun layihəsi dörd il ərzində hazırlanıb, bir sıra çətinliklərdən sonra müzakirələrə gəlib-çıxıb:

“Hesab edirəm ki, Musa müəllimin dediklərində həqiqət var. Amma qeyd edilən təklif bu qanundan daha çox, məşğulluqla bağlı qanunun predmetidir. Çox sevindirici haldır ki, məşğulluqla bağlı yeni redaksiyada hazırlanmış qanun layihəsinin də parlamentə göndərilməsi nəzərdə tutulur”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri