21 
Fev
2018
15:22
91
216
1546
Virtual karabakh

YAP imzatoplama kampaniyasını başa vurdu

21 Fev, 2018
15:22
1546

YAP imzatoplama kampaniyasını başa vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün Yeni Azərbaycan Partiyasının (YAP) yerli strukturları tərəfindən həyata keçirilmiş imzatoplama kampaniyası başa çatıb.

YAP-dan Oxu.Az-a verilən məlumata görə, Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq, prezidentliyə namizədin müdafiəsi üçün tələb olunan 40 mindən az olmayan sayda seçici imzası 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza olmaq şərtilə toplanmalıdır. 

Partiya isə mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib.

İcra Katibliyində toplanmış imzalarla bağlı bir daha dəqiqləşdirmələr aparıldıqdan sonra sənədlər toplusu Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri