20 
Mar
2018
09:39
237
64
1661
Virtual karabakh

ABŞ dövlət departamenti Azərbaycan xalqını təbrik etdi

20 Mar, 2018
09:39
1661

ABŞ dövlət departamenti Azərbaycan xalqını təbrik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ dövlət katibinin birinci müavini Con Sallivan baharın gəlişini qeyd edən xalqları o cümlədən, Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Oxu.Az xəbər verir ki, təbrik məktubunun mətni ABŞ-ın dövlət departamentinin rəsmi saytında dərc olunub

“Baharın gəlişi münasibəti ilə səadətli Novruz bayramını qeyd edən bütün xalqları təbrik edirəm. Bu gün bütün dünyada milyonlarla insanlar, o cümlədən ABŞ-da, Əfqanıstanda, Azərbaycanda, Çində, Gürcüstanda, Hindistanda, İranda, İraqda, Qazaxıstanda, Qırğızıstanda, Pakistanda, Rusiyada, Suriyada, Tacikistanda, Türkiyədə, Türkmənistanda, Özbəkistanda yaşayan icmalar bayram süfrəsi ətrafında toplaşırlar, bişirirlər, bayram edirlər, rəqs edirlər, oxuyurlar və vaxtlarını ailələri və dostları ilə keçirirlər...

Novruz eyni zamanda gələcəyə olan ümidlər haqqında düşünmək vaxtıdır. Yeni ilin sizlərin hər birinə sülh, azadlıq və gözəl rifah gətirməsini arzu edirəm" deyə müraciətdə qeyd olunur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri