22 
Mar
2018
15:51
45
147
2436
Virtual karabakh

XİN: Ermənistan atəşkəsi pozmaqla əsl simasını göstərir

22 Mar, 2018
15:51
2436

XİN: Ermənistan atəşkəsi pozmaqla əsl simasını göstərir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan xalqı özünün qədim Novruz ənənələrinə sadiq qalaraq bayram etdiyi bir vaxtda Ermənistan silahlı bölmələri əsl simasını nümayiş etdirərək atəşkəs rejimini intensiv şəkildə pozmağa davam edir.

Bu da Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətin tərkib hissəsidir.

Oxu.Az-ın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

“Bütün beynəlxalq ictimaiyyət Novruzun fundamental dəyərlərini, xüsusilə də Novruzun sülhə, barışa, anlaşmaya çağırışını yüksək qiymətləndirdiyi bir şəraitdə Ermənistan yenə də öz ənənələrinə sadiq qalaraq aqressiv və təcavüzkar siyasətini yürütməkdə davam edir.Nəticədə beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar və işğalçı siyasət yürütməsinin bir daha şahidi olur”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri