22 
Mar
2018
19:42
95
145
4149
Virtual karabakh

Nadejda Savçenko yenidən həbs edilib – VİDEO

22 Mar, 2018
19:42
4149

Nadejda Savçenko yenidən həbs edilib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Ali Radası Nadejda Savçenkonun deputat toxunulmazlığını ləğv edib.

Oxu.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, parlamentin binasında Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

N. Savçenkonun adı Donbasda martın 8-də təmas xəttində saxlanılan  “Zabit korpusu” adlı qeyri-hökumət təşkilatının sədri, separatçılarla Ukrayna hökuməti arasında əsir və girov mübadiləsi məsələləri ilə məşğul olan Vladimir Rubanla bağlı məsələdə hallandırılır.

Belə ki, Separatçılarla görüşdən qayıdan V. Rubanın avtomobilində xeyli silah-sursat aşkarlanıb. Martın 9-da Kiyev məhkəməsi onun haqqında 2 aylıq həbs qərarı verib. Ukrayna hüquq-mühafizə orqanları V. Rubanın ölkə rəhbərliyinə qarşı terror aktı planlaşdırdığını bildirir.

Xatırladaq ki, 35 yaşlı keçmiş ukraynalı hərbçi N. Savçenko 2014-cü il 23 iyun tarixində Donbasda gedən döyüşlər zamanı saxlanılaraq Rusiyaya aparılıb və həbs edilib. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunub. 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə əfv olunub. O, Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən Ukraynanın qəhrəmanı titulunu alıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri