12 
Apr
2018
18:54
46
152
4103
Virtual karabakh

Politoloq: MDB-dən çıxış - çıxış deyil

12 Apr, 2018
18:54
4103

Politoloq: MDB-dən çıxış - çıxış deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın MDB-dən çıxması təşkilatın parçalanması tendensiyasını gücləndirəcək və onun da zəif olan effektsizliyinə təsir edəcək

Bu barədə Oxu.Az-a açıqlamasında “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Azərbaycanlı politoloqun fikrincə, Ukraynanın Qazaxıstan, Belarus, Azərbaycan, Moldova və digər dövlətlərlə əlaqəsini nəzərə almaqla, onun MDB-dən çıxması bu ölkələrlə münasibətlərə, ilk növbədə iqtisadi-ticari münasibətlərə, mənfi təsir göstərəcəyini demək olar.

“Sirr deyil ki, MDB çərçivəsində biz vizasız səyahət, ikiqat vergitutmadan azad olunma, nəqliyyat sahəsində əməkdaşlıq və digər bir sıra ümumi razılıqların, o üzvüyük.

Əgər Ukrayna bu ölkələrlə ikitərəfli əlaqələri inkişaf etdirmək niyyətindədirsə, bu vəziyyəti nəzərə almalıdır”, - Vəlizadə qeyd edib.

Ekspert vurğulayıb ki, Ukraynanın MDB-dən tam çıxışı “postseovet məkanı” kimi tanıdığımız ərazinin yenidən format olunması deməkdir.

“Anlayışların dəyişməsi mürəkkəb siyasi proseslərin yeni interpretasiyada verilməsinin zəruriliyini yaradır.

Ukrayna həm siyasi, həm də mental cəhətdən Şərqi Avropanın bir hissəsi olmaq istəyir. Hələlik söhbət institut addımından gedir, lakin Şərqi Avropada möhkəmlənmək üçün digər addımlar da lazımdır.

Daxildən dəyişmək lazımdır, bunun üçün isə illər lazım olacaq”, - deyə Vəlizadə yekunlaşdırıb.

Qeyd edək ki, cümə axşamı Pyotr Poroşenko Ukraynanın MDB-də fəaliyyətini dayandırdığını bəyan edib.

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri