18 
Apr
2018
20:06
1157
129
3954
Virtual karabakh

Prezident görüşlər keçirir - FOTO + YENİLƏNİB

18 Apr, 2018
20:06
3954

Prezident görüşlər keçirir - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Koreya Respublikasının Beynəlxalq Sərgilər Bürosunda nümayəndəsi, səfir Cai-Çul Çoyun başçılıq etdiyi Beynəlxalq Sərgilər Bürosunun nümayəndə heyətini qəbul edib.

Oxu.Az xəbər verir ki, nümayəndə heyətinin adından çıxış edən Cai-Çul Çoy dövlətimizin başçısını ölkəmizdə keçirilən prezident seçkilərində qələbəsi və inauqurasiya mərasimi münasibətilə təbrik etdi.

Cai-Çul Çoy qeyd etdi ki, Azərbaycan kimi gözəl bir ölkəni tanımaq şansı əldə etmələrindən və burada gedən dinamik proseslərin şahidi olmalarından məmnunluq hissi keçirirlər. Cai-Çul Çoy bildirdi ki, nümayəndə heyətinin səfərinin əsas məqsədi Azərbaycanda mövcud olan şəraiti və imkanları araşdırmaqdır.

Qonaq səfər zamanı ölkəmizdə bir sıra səmərəli görüşlər keçirdiklərini, bu müddət ərzində apardıqları müşahidələr nəticəsində müsbət mövqedə olduqlarını vurğuladı.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Azərbaycanın gənc müstəqil dövlət olduğunu deyən dövlətimizin başçısı qısa müddət ərzində siyasi, iqtisadi və sosial sahələrdə genişmiqyaslı islahatlar həyata keçirildiyini, ölkəmizin artıq uğurlu inkişaf, eləcə də siyasi, iqtisadi və dövlət quruculuğu sahələrində sürətli transformasiya nümayiş etdirməyə nail olduğunu bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, bu illər ərzində görülən işlər göstərir ki, gənc bir dövlət çox uğurla müstəqil yaşaya və çoxlu sayda beynəlxalq tədbirlər təşkil edə bilər. Dövlətimizin başçısı Bakının artıq siyasi, mədəni və idman sahələrində bir çox mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğuladı.

Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizlə və burada əldə olunan nailiyyətlərlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını dedi, səfərin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi.

17:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amanonu qəbul edib.

Oxu.Az xəbər verir ki, dövlət başçısını prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edən Yukio Amano Prezident İlham Əliyev ilə inauqurasiya mərasimi günündə görüşməsinin əlamətdar hadisə olduğunu deyib. 

Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyi üçün çox mühüm tərəfdaş olduğunu qeyd edən Yukio Amano ölkəmizlə yüksək səviyyəli əməkdaşlıq həyata keçirildiyini, bir sıra mühüm layihələr üzrə birgə iş aparıldığını vurğulayıb.

Təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Yukio Amanonun ölkəmizə səfərinin önəmini qeyd edib. Dövlət başçısı Azərbaycan ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında yaxşı tərəfdaşlıq əlaqələrinin mövcud olmasından və bir sıra birgə layihələr üzərində işlərin aparılmasından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev ölkəmizlə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

17:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Türkiyə Respublikasının gənclik və idman naziri Osman Aşkın Bakı və Bilal Ərdoğanı qəbul edib.

Oxu.Az xəbər verir ki, nazir Osman Aşkın Bak və Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını dövlətimizin başçısına çatdırdılar. Qonaqlar Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə bir daha təbrik etdilər və bu qələbənin Türkiyədə böyük qürur hissi ilə qarşılandığını bildirdilər.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin gənclər siyasəti və idman sahəsində əməkdaşlığının möhkəmləndirildiyi qeyd olundu, Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyasının İslam ölkələri arasında əməkdaşlığın və həmrəyliyin genişləndirilməsi işinə xidmət edəcəyi bildirildi.

Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

16:39

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 18-də Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər və İdman Nazirləri Konfransının dördüncü sessiyasında iştirak edən gənclər və idman nazirləri ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri