20 
Apr
2018
06:31
33
172
2668
Virtual karabakh

Deputat: Müharibələr iqtidarlardan siyasi təqvimi dəyişməyi tələb edir

20 Apr, 2018
06:31
2668

Deputat: Müharibələr iqtidarlardan siyasi təqvimi dəyişməyi tələb edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə sanki 80 milyonluq bir Azərbaycandır. Vahid idarəçilik sisteminə keçid edilir. İlham Əliyevin liderliyi Türkiyə üçün yaxşı bir örnək nümunəsidir. Siyasətdə başlanan yeni bir dönəmin şərtlərini həssaslıqla qəbul etmək bacarığı heç nə ilə ölçülməz.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, son prezident seçkilərinin ikincisi olan Zahid Oruc deyib.

“Yəni, xaricdən yönləndirilən bir ölkə halından çıxmaq üçün Azərbaycan lideri fövqəladə qərarlar aldısa, deməli, Türkiyə hakim elitası da onlara seyirçi qala bilməzdi.

Gerçəkdən “bir millət, bir seçim” halına gəldik”, - deyən millət vəkilinin sözlərinə görə, regionda yaşanan müharibələr iqtidarları hərəkətə keçirir və siyasi təqvimi dəyişməyi tələb edir.

O qeyd edib ki, ən qürurlusu, yəni,  müxalifətin tanıdığı oyun qaydalarını ayrıca vurğulamaq gərəkdir:

“CHP qrup başqan vəkili Engin Altayın erkən seçkilərlə bağlı qərara “Habertürk” kanalından verdiyi açıqlamalar bizim antihakimiyyət manifestasiyasını düzənləyənlər üçün əsl nümunə ola bilər.

O deyir ki,seçkilərə hazır olmayan qüvvə partiya sayılmaz. Ona görə bir vaxtlar Türkiyənin gəlib bizə iqtidar seçəcəyinə ümid bəsləyənlər, İstanbul hava limanında hansısa arabaya Müsavat liderinin adının yazıldığı ilə öyünənlər indi Bakıdan Ankaraya gedən siyasi dalğaları görməzdən gələ bilməzlər.

Sanki 100 il öncəki kimi ay-ulduzlu bayrağımız Türkiyə Cümhuriyyətinin və böyük Mustafa Kamalın zəfər yürüşünün baş simvoluna çevrilir.

Xeyirlisi, əziz türk qardaş və bacılar.

Azərbaycan hər addımda sizlərə sabit dövlət quruluşu və güclü bir hakimiyyət arzulayır.

Türkiyədə yaşanan hər siyasi qovğanın dalğası bizi də yarıb keçir.

Ona görə sizin qələbəniz bizim də uğurumuzdur”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri