19 
Apr
2018
20:57
388
118
1157
Virtual karabakh

Misir lideri Azərbaycanın dövlət başçısını təbrik edib

19 Apr, 2018
20:57
1157

Misir lideri Azərbaycanın dövlət başçısını təbrik edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlət başçısı İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib.

Oxu.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Prezident seçkilərində qələbəniz və dövlət başçısı səlahiyyətlərini yenidən icra etməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük sevinc hissi duyur, dost xalqınızın ümid və istəklərini yerinə yetirmək istiqamətində şərəfli yolunuzun davamında uğurlar arzulayıram.

Sözsüz ki, seçkilərdə yüksək səs çoxluğu ilə qələbəniz xalqınızın Sizin müdrik rəhbərliyinizlə əldə etdiyi uğurları davam etdirmək əzminin əyani sübutudur.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız üçün firavanlıq və rifaha yeni üfüqlər açan bütün sahələrdə qarşılıqlı əməkdaşlıq yollarının inkişafının əhəmiyyətini vurğulamaq istərdim.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.”

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri