19 
Apr
2018
21:19
607
125
3340
Virtual karabakh

Xorvatiya prezidenti İlham Əliyevi təbrik edib

19 Apr, 2018
21:19
3340

Xorvatiya prezidenti İlham Əliyevi təbrik edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Oxu.Az xəbər verir ki, təbrikdə deyilir:

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

“Xorvatiya Respublikası ölkələrimiz arasında xalqlarımızın getdikcə daha çox müxtəlif sahələrdəki ortaq maraqlarına xidmət edən tərəfdaşlığı və dost münasibətlərini yüksək qiymətləndirir.

İnanıram ki, prezidentliyinizin yeni dönəmində də ölkələrimiz üçün xüsusilə böyük əməkdaşlıq potensialına malik olan və hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edən iqtisadi və enerji sahələrində sıx münasibətlərimiz davam edəcək.

Əminəm ki, Xorvatiya və Azərbaycan şirkətləri arasında əməkdaşlığı genişləndirmək üçün hər iki tərəfdə sərmayə qoyuluşuna maraq oyatmaq xüsusilə çox əhəmiyyətlidir.

Xorvatiya Respublikasına planlaşdırdığınız səfəriniz zamanı Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm və inanıram ki, bu görüşümüz həm ölkələrimiz, həm də vətəndaşlarımız arasında mövcud olan dostluq və konstruktiv əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsinə təkan verəcək”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri