20 
Apr
2018
14:25
38
14
1342
Virtual karabakh

“KİV haqqında” qanuna dəyişiklik edilir

20 Apr, 2018
14:25
1342

“KİV haqqında” qanuna dəyişiklik edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin aprelin 20-də keçirilən iclasının gündəliyinə üç məsələ salınıb.

Oxu.az-ın xəbərinə görə, bunlar Ombudsmanın illik məruzəsi, o,  cümlədən, “Kütləvi informasiya vasitələri haqqında” və “Müəllif hüquqları və əlaqəli şəxslər haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələridir.

“Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif olunan dəyişikliklərdə göstərilir ki, (maddə 21.1.1) “Reklam haqqında” qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.

Həmçinin təklif olunur ki, sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbuat nəşrlərində bu barədə məlumat çap olunmalıdır: 

“Dövri mətbuat nəşrlərində yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericilərin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.

Eyni zamanda, qanunu 1.3-cü maddəsinə yeni məzmunda altıncı hissənin əlavə edilməsi təklif olunur: yəni, sponsor reklamı reklamla bağlı qanunauyğun olaraq yayımlanır”.

Bununla yanaşı, 45-ci maddəyə yeddinci hissənin əlavə olunması təklif olunur:

“Haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” qanununun tələbləri nəzərə alınmaqla təkzib olunur”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri