20 
Apr
2018
16:22
266
113
1161
Virtual karabakh

Kral Salman İlham Əliyevi təbrik etdi

20 Apr, 2018
16:22
1161

Kral Salman İlham Əliyevi təbrik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud İlham Əliyevə yenidən prezident seçilməsi münasibətilə təbrik məktubu göndərib.

Oxu.Az xəbər verir ki, təbrik məktubunda deyilir: 

“Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev.

Zati-alinizin yenidən prezident seçilməyi münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə ən gözəl təbriklərimi çatdırıram.

Cənab prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına isə daha yüksək inkişaf və firavanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, qardaş ölkələrimizi və xalqlarımızı bir-birinə sıx bağlayan əlaqələri yüksək dəyərləndirir və onu bütün sahələrdə gücləndirmək və inkişaf etdirməyə çalışırıq.

Zati-alinizə hörmət və ehtiramla, qardaşınız,

Salman bin Əbdüləziz Al Səud

İki Müqəddəs Ocağın Xadimi,

Səudiyyə Ərəbistanı Kralı”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri