20 
Apr
2018
20:12
263
101
1116
Virtual karabakh

Bəhreyn kralı prezident İlham Əliyevi təbrik edib

20 Apr, 2018
20:12
1116

Bəhreyn kralı prezident İlham Əliyevi təbrik edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Oxu.Az xəbər verir ki, təbrikdə deyilir:

“Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi şəxsən öz adımdan, Bəhreyn xalqı və hökuməti adından səmimi qəlbdən təbrik edirəm. Bu seçim ölkəni daha parlaq gələcəyə aparan liderlik bacarığınızı qiymətləndirən xalq tərəfindən Sizə göstərilən yüksək etimadı nümayiş etdirir.

Ali dövləti vəzifənizi yerinə yetirməkdə, xalqın yüksəliş və inkişaf amallarını həyata keçirmək işində Sizə uğurlar diləyirəm. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına inkişaf və rifah arzulayıram”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri