23 
Apr
2018
14:04
144
13
14728
Virtual karabakh

Komitə ləğv olundu, qanun layihəsi təxirə salındı

23 Apr, 2018
14:04
14728

Komitə ləğv olundu, qanun layihəsi təxirə salındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə doqquz məsələ salınsa da, sonda qanun layihələrindən biri müzakirələrdən çıxarılıb.

Oxu.Az-ın xəbərinə görə, gündəlikdən çıxarılan sənəd “Standartlaşdırma haqqında” yeni - ikinci oxunuşda olan qanun layihəsidir.

Buna səbəb isə Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin ləğvidir.

Komitənin ləğv olunması yeni qanunun müzakirəsini təxirə salıb.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri