16 
May
2018
17:02
59
277
3006
Virtual karabakh

Səməd Seyidov: AŞPA-nın fəaliyyəti şəffaf deyil

16 May, 2018
17:02
3006

Səməd Seyidov: AŞPA-nın fəaliyyəti şəffaf deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın bəzi üzvlərinə, o cümlədən, onun özünə sanksiya tətbiq edilməsi məsələsi ilə bağlı mətbuat konfransı keçirib.

Oxu.Az məlumat verir ki, S.Seyidovun dediyinə görə, Azərbaycan AŞPA-nın strukturları ilə konstruktiv əməkdaşlıq edir.

S. Seyidov qeyd edib ki, bu qurumda Azərbaycana qarşı ikili standartlar da var: 

“Biz bunun dəfələrlə şahidi olmuşuq. Elan olunan qərar ikili standartların tərkib hissəsidir. Bunun heç bir əsası yoxdur, bu, Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökməkdir”.

O qeyd edib ki, heç kimi məhkəmə olmadan, hüquqi prosedur olmadan ittiham etmək olmaz:

“Bizim fikrimiz özünü doğrultdu, həmin komitənin böyük hesabatı Azərbaycana qarşı yönəlmişdi. AŞPA-nın fəaliyyəti şəffaf deyil. Azərbaycanla bağlı qəbul olunmuş qərarların əksəriyyəti mənfidir.

Guya beş il bundan öncə kimsə kiməsə deyib ki, monitorinq komitəsinin rəyi Səməd Seyidova əvvəlcədən bəlli idi. Dünən qəbul olunmuş sənəd düzgün qiymətləndirilməlidir. Heç kim Azərbaycanı və onun üzvlərini Avropa Şurasından kənarlaşdıra bilməz. Sanksiyalar söz deməyimizə və sənəd qəbuluna əngəl yarada bilməz.

Bu hansısa seçki prosesində müşahidəçi qismində iştirak etməyə və hansısa ölkə ilə bağlı rəylə çıxış etməyə imkan vermir”.

Nümayəndə heyətinin rəhbəri onu da əlavə edib ki, AŞPA-da sanksiyaya məruz qalan şəxslər Ermənistanın işğalına münasibətdə Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyən şəxslərdir: 

“Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyət göstərən insanlar daim qurumda sanksiyaya məruz qalıb.

Ən əsası da bir neçə komitədə, bir neçə iclasda Dağlıq Qarabağ və ətraf rayonların azad olunması ilə bağlı məsələlər qaldıran insanlar bu gün sanksiyaya məruz qalıb.

Əsas hədəf hansısa şəxs deyil. Nümayəndə heyətimizin rəhbəri bu gün bir şəxsdir, sabah başqa şəxs ola bilər.

Əsas məsələ Azərbaycanın milli maraqlarıdır. Biz bu müdaxiləyə imkan verməyəcəyik. Azərbaycanın AŞPA-da fəaliyyətini daha da yüksək formada təşkil edəcəyik.

Bu sanksiya Azərbaycana deyil, AŞPA-nın öz nüfuzuna mənfi təsir göstərəcək.

Biz növbəti sessiyada iki nəfərlə də olsa, təmsil olunacağıq, boş qalan yerlərə də şəxslər seçiləcək”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri