16 
May
2018
22:57
197
50
2960
Virtual karabakh

Hikmət Hacıyev: Ermənistanı eyni aqibət gözləyir

16 May, 2018
22:57
2960

Hikmət Hacıyev: Ermənistanı eyni aqibət gözləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini irəli aparmaq üçün intensiv danışıqların tərəfdarıdır.

Bunu Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ermənilərin Prezident İlham Əliyevin bugünki çıxışına birmənalı olmayan reaksiyalarını şərh edərkən bildirib.

H.Hacıyev deyib:

“Ermənistanda siyasi böhran nəticəsində hakimiyyət dəyişikliyi baş verəndə Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda sağlam təfəkkürlü siyasi qüvvələr hakimiyyətə gələrsə münaqişənin həllində irəliləyişə nail olmaq olar. Amma deyəsən Ermənistanın oxlokratiya rejimi əvvəlki rejimin səhvlərini təkrarlamağa çalışır?!

Paris görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı və Azərbaycan xarici işlər nazirinin açıqlamasının fonunda Ermənistan XİN-nin destruktiv mövqe nümayiş etdirməkdə davam edir.

 Əgər yeni xarici işlər nazirinin təlimatı ilə Sargisyan rejiminin ünsürü olan mətbuat katibi belə sərsəm açıqlamanı verirsə, onda əminliklə deyə bilərik ki, Ermənistanı eyni aqibət gözləyir."

Mətbuat xidmətinin rəhbəri həmçinin qeyd edib ki, hər hansı qeyri-real yeni elementlərin daxil edilməsi cəhdləri bütün danışıqlar prosesini iflic edə bilər:

“Çox tezliklə Ermənistanın hansı yol tutduğunu görəcəyik. Amma hər kəs bilməlidir ki, Azərbaycanın səbrinin həddi vardır.”

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri