17 
May
2018
15:09
130
13
1870
Virtual karabakh

XİN: Nalbandyandan qalan patefonun valını dəyişməyin vaxtıdır

17 May, 2018
15:09
1870

XİN: Nalbandyandan qalan patefonun valını dəyişməyin vaxtıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2016-cı il Vyana və Sankt-Peterburq razılaşmalarından danışan Ermənistan XİN nümayəndəsinə xatırlatmaq istərdim ki, həmin görüşlərdə intensiv danışıqlar apararaq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması razılaşdırılıb.

Bunu Oxu.Az-a Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin açıqlamasına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, insidentlərin araşdırılması kimi texniki məsələlər də buna paralel olaraq aparılmalı idi: 

“Reallıq bundan ibarətdir. Ermənistan XİN nümayəndəsinə sənədləri düzgün oxumağı və başa düşməyi tövsiyə edərdim. Həm də artıq Nalbandyan dövründən qalan patefonun valını dəyişməyin vaxtıdır”.

Qeyd edək ki, Ermənistanın xarici işlər nazirinin sözçüsü Tiqran Balayan Ermənistanın həmsədr ölkələrin təklifləri əsasında ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinə sadiq qaldığını bildirib: 

“Bunun üçün 2016-cı ilin aprel hadisələrindən sonra əldə edilmiş razılaşmaları həyata keçirmək lazımdır”. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri