18 
May
2018
12:40
408
31
11019
Virtual karabakh

Deputat: Məmur soyqırımı gedir

18 May, 2018
12:40
11019

Deputat: Məmur soyqırımı gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Deputat Fazil Mustafa son zamanlar yeni təyin olunan məmurların həmin qurumlardakı köhnə məmurları işdən çıxarması məsələsinə sərt reaksiya verib. 

Oxu.Az xəbər verir ki, o, çıxışında qeyd edib ki, son günlərdə yeni təyin olunan nazirlər sələflərinin kadrlarını kütləvi şəkildə işdən çıxarmağa başlayıblar: 

“Bu, çox pis haldır. Elə bil ki, məmurların soyqırımı gedir. Yeni rəhbər təyin olunan kimi 20 ildən artıq işləyən kadrların hamısını işdən çıxararaq öz komandasını gətirir. Etiraz edəndə də deyir ki, istəyirsən get məhkəməyə ver. 

Azərbaycan məhkəmələrində ədalətli qərar əldə olunmayacağını da bilirik. Çünki məhkəmələr dövlət qurumlarına qarşı qərar çıxarmaqda maraqlı deyillər. İşdən çıxarılan kadrların içərisində elələri var ki, öz fəaliyyəti ilə bəlkə də bizdən daha çox fayda verə bilərlər. Kadr təyin olunanda birinci ona tapşırılmalıdır ki, o kadr soyqırımı ilə məşğul olmasın. Məmur yetişdirmək çox ciddi məsələdir. Bu məsələyə ciddi münasibət göstərilməlidir”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri