18 
May
2018
13:17
375
31
3131
Virtual karabakh

Deputat: Bəzi məmurlar dövlət vəsaitini istədikləri kimi xərcləyirlər

18 May, 2018
13:17
3131

Deputat: Bəzi məmurlar dövlət vəsaitini istədikləri kimi xərcləyirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hesablama Palatasının hesabatında uğurlu addımların atıldığı görünür. Lakin son nəticə ürəkaçan deyil. Çünki bizdə büdcə vəsaitləri ilə işləyən vəzifəli şəxslər elə hesab edirlər ki, onlar bu vəsaitdən istədikləri kimi, bəzən təyinatına uyğun olmadan istifadə edə bilərlər. 

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisdə Hesablama Palatasının 2017-ci il hesabatına münasibət bildirən deputat Qüdrət Həsənquliyev deyib. 

Deputat bildirib ki, həmin şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir. 

“Həmin şəxslər hesab edir ki, digər nəzarətedici orqanlar tərəfindən aşkarlananda həmin vəsaiti yerinə qoyacaqlar və məsuliyyətdən azad ediləcəklər. Lakin mənimsənilmiş, düzgün istifadə edilməmiş vəsait aşkarlananda həmin şəxs cinayət hüququ və ya intizam qaydasında məsuliyyətə cəlb edilməlidir. Vəsaitin qaytarılması yalnız məsuliyyətin yüngülləşdirilməsi halı kimi nəzərə alınır, həmin şəxsi məsuliyyətdən azad etmir. Bugünkü hesabatda da büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər var. Lakin həmin təkliflərin hansı hissəsi nəzərə alınır? Bunlar parlamentin müvafiq komitələrində müzakirəyə çıxarılmalıdır. Növbəti hesabatlarda Palata bizə verdiyi təkliflərin neçəsi parlament, hökumət tərəfindən nəzərə alındığını açıqlamalıdır”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri