18 
May
2018
13:59
13
442
3951
Virtual karabakh

Deputatlara əlavə səlahiyyət verilsin - TƏKLİF

18 May, 2018
13:59
3951

Deputatlara əlavə səlahiyyət verilsin - TƏKLİF

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parlamentdə “Hesablama Palatası haqqında” yeni qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

Oxu.Az xəbər verir ki, çıxış edən  parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, sənədin I oxunuşda təsdiqindən sonra keçən beş ay ərzində 30-dan çox maddəyə texniki və məzmun düzəlişləri edilib: 

“Bunlar həm kəmiyyət, həm də keyfiyyət baxımından edilən dəyişikliklərdir. Bu dəyişikliklər müsbət təsirini göstərəcək. Onlar həm ölkədaxili qanunvericilik aktlarını, həm də beynəlxalq standartları nəzərdən keçirməklə həyata keçirilib. Dəyişikliklər Palatanın funksiyaları, audit tədbirləri, korrupsiya ilə bağlı hüquqpozmalara qarşı mübarizə ilə bağlıdır.

Müzakirələr zamanı millət vəkili Qüdrət Həsənquliyev Hesablama Palatasının səlahiyyətlərinin artırılması təklifini verib:

“Mən də belə hesab edirəm ki, bu Palatanın səlahiyyətləri artırılmalıdır”.

Millət vəkili Musa Quliyev deputatlara Hesablama Palatası qarşısında məsələ qaldırmaqla bağlı hüququn verilməsini təklif edib:

“Çünki müəyyən problemlər, narahatlıqlarla bağlı deputatlara müəyyən siqnallar daxil olur. Ona görə həmin problemlərlə, narahatlıqlarla bağlı deputatlara Hesablama Palatası qarşısında məsələ qaldırmaq hüququ, səlahiyyəti verilməlidir. Əgər belə hüquq verilərsə, bəzi problemləri vaxtında və yerində həll etmək olar”.

Qanun layihəsi II oxunuşda səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri