21 
May
2018
09:54
96
33
2438
Virtual karabakh

Xəzərin hüquqi statusu Astanada müzakirə olunacaq

21 May, 2018
09:54
2438

Xəzərin hüquqi statusu Astanada müzakirə olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti iclası 21-24 may 2018-ci il tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək.

Bu barədə Oxu.Az-a XİN-nin mətbuat xidmətinindən məlumat verilib. 

Bununla əlaqədar, Xüsusi İşçi Qrupunun Azərbaycan tərəfindən rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Astana şəhərində səfərdədir.

İclas zamanı Konvensiya layihəsi ilə bərabər Xəzəryanı dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısına aid digər sənədlərin də müzakirəsi nəzərdə tutulur.

Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri