21 
May
2018
15:12
191
37
1538
Virtual karabakh

Prezident: Serbiya ilə münasibətlər yeni pilləyə qalxacaq

21 May, 2018
15:12
1538

Prezident: Serbiya ilə münasibətlər yeni pilləyə qalxacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu keçəcək və Serbiya-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük dəstək olacaq.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Serbiya prezidenti Aleksandr Vuçiçlə görüşündə deyib.

O qeyd edib ki, iki ölkə arasında əlaqələr inkişaf edir:

“Bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Biz dostuq, tərəfdaşıq, strateji tərəfdaşıq. Son illər ərzində əldə edilmiş uğurlar deməyə əsas verir ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək.

Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, iqtisadi sahədə əməkdaşlıq aparılır. Əminəm ki, bu gün aparılan danışıqlar nəticəsində bu sahəyə də yeni təkan veriləcək. Humanitar sahədə çox gözəl əməkdaşlıq var.

Əlbəttə, bölgədə gedən proseslərlə bağlı biz bu gün sizinlə fikir mübadiləsi apardıq. Əminəm ki, belə məsləhətləşmələrin çox böyük əhəmiyyəti var. Gələcəkdə energetika, nəqliyyat sahələrində daha fəal əməkdaşlıq edə bilərik. Bu məsələlərlə bağlı fikirlərimiz var.

Belə olan halda bizim münasibətlərimiz yeni mərhələyə, yeni pilləyə qalxacaq. Bir sözlə, biz münasibətlərimizin inkişafı ilə bağlı bir fikirdəyik.

Hesab edirəm ki, bu münasibətlərin çox böyük gələcəyi var. Serbiya bizim üçün dost ölkədir və əminəm ki, bu dostluq əlaqələri bundan sonra da davam etdiriləcək. Sizə uğurlu səfər arzulayıram.

Əminəm ki, səfər zamanı əldə edilmiş razılaşmalar gələcək uğurlu əməkdaşlığımızı daha da möhkəmləndirəcək”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri