25 
May
2018
18:24
91
288
7354
Virtual karabakh

Deputat prezidentin Sərəncamı haqqında Oxu.Az-dan xəbər tutdu

25 May, 2018
18:24
7354

Deputat prezidentin Sərəncamı haqqında Oxu.Az-dan xəbər tutdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir az öncə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə millət vəkili, yazıçı-publisist Elmira Axundovaya “Xalq yazıçısı” fəxri adı verilib.

Oxu.Az-ın müxbiri bununla bağlı E.Axundovanın özü ilə əlaqə saxlamağa və Sərəncama münasibətini öyrənməyə çalışıb.

“Ölkə prezidentinin Sərəncamına münasibətiniz necədir?” sualını eşidərkən milliət vəkili bunu çaşqınlıq içində və təəccüblə qarşılayıb

“Nə Sərəncam? Hansı Sərəncamı deyirsiniz? Mən tədbirdəyəm, çıxış edirəm. Mümkünsə, Sərəncamı ucadan oxuyun”, - deyə, bildirib.

E.Axundova Sərəncamı tədbir iştirakçılarına da dinlənib və Sərəncam böyük alqışlarla qarşılanıb.

“Mənim üçün doğrudan da çox gözlənilməz oldu. Cənab Prezidentə öz minnətdarlığımı bildirirəm”, -deyə sözlərinə əlavə edib.

Qeyd edək ki, sabah E.Axundovanın doğum günüdür. Onun 65 yaşı tamam olur

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri