İyn
2018
09:30
56
122
8765
Virtual karabakh

Həkim, siyasətçi, iqtisadçı, imam... Sərdar Cəlaloğlu, siz kimsiniz?

7 İyn, 2018
09:30
8765

Həkim, siyasətçi, iqtisadçı, imam... Sərdar Cəlaloğlu, siz kimsiniz?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan demokratlarının “lideri”, uzun müddət Azərbaycan xalqının boğazında əyri və küt sümük kimi ilişib qalmış Sərdar Cəlaloğlu haqqında bir neçə söz.

İş ondadır ki, artıq bir neçə ildir cəmiyyət sosial şəbəkələrdə və forumlarda bu “siyasətçinin” fikirlərini geniş müzakirə edir.

O, gah efirdə peyda olub həkim kimi danışır, gah əsl dini xadim kimi surələr oxuyur, gah iqtisadi ekspert kimi büdcə kəsirini təhlil edir, gah sosial mövzulara toxunur, gah da bir alim kimi dünyanın sirlərini araşdırır...

Burada böyük Nizaminin sözləri yada düşür: “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”.

Bax elə bizim yarımçıq papaqçımız Sərdar, hansı ki, öz dühasına qəti şübhə etmir, utanmadan bütün dünyaya “kondisiologiya” adlı yeni elm yaratdığını bəyan edir.

O bildirib ki, Eynşteynin bütün səhvlərini tapıb, kainatın sirrini aşkarlayıb və Nobel mükafatı almaq niyyətindədir.

Lakin Nobel komitəsində oturan insanlar bizdəki bu ağıldan kəm adamı rəhbər vəzifəyə buraxan şəxslərdən fərqli olaraq, yarımçıq papaqçı Cəlaloğlunun xəstəliyini tez aşkarladılar.

Sən demə, Sərdar heç blank formasını normal doldura, sadəcə özü haqqında məlumatları düzgün yaza bilməyib. Yəqin, komitədə Cəlaloğlunun anketini görüb şoka düşüblər. Alim ən vacibini nəzərə almayıb: komitəyə laureatın özü yox, onun kəşfini dahiyanə hesab etmiş digər nüfuzlu alimlər və akademiklər müraciət etməlidirlər.

Nobel mükafatı ilə bağlı ideya xülyaya çevriləndən sonra Cəlaloğlu özünü təsdiqləmək üçün başqa yol axtarmağa başladı.

Psixiatrlar şizofreniya diaqozunu çox ehtiyatla təyin edirlər. Axı, bu bir növ adam barəsində hökm çıxarmaq deməkdir. Düzdür, diaqnozu dərhal təyin etməsələr də, bu patalogiyanı vaxtında aşkarlamaq, psixiatra müraciət edib adekvat müalicə almaq üçün şizofreniyanın ilkin simptomlarını və əlamətlərini bilmək vacibdir.

- Əksər şizofreniya xəstələrində bu xəstəlik axmaqlıq hissiyatından başlayır:

Sərdar Cəlaloğlunun sitatı: “Cənnətdə qadınların cinsi orqanları olmayacaq”.

- Emosional natarazlıq inkişaf edir:

Sərdar Cəlaloğlunun sitatı: “Azərbaycanın nağıl qəhrəmanları ermənilərdir”.

- Səbəbsiz qəzəb, qıcıq, ən dəyərli şeylərə qarşı aqressiya yaranır:

Sərdar Cəlaloğlunun sitatı: “Babəkin Azərbaycan tarixinə və xalqına heç bir aidiyyatı yoxdur”.

- İnsanlar heçnə ilə məşğul deyillər: boş-boşuna gəzir və ya otururlar:

Sərdar Cəlaloğlunun sitatı: “Hərdən işləməyi çox istəyirəm”.

- Və nəhayət, tez-tez heç bir məntiqi izahı olmayan fikirlər səsləndirir:

Sərdar Cəlaloğlunun sitatı: “Azərbaycanda hər üçüncü kişi geydir”.

İndi siz təsəvvür edin, azərbaycanlıların üçdən birinin gey olduğunu deyən insan bütöv bir ölkənin prezidentliyinə namizədliyini irəli sürmüşdü...

Burada isə kifayət qədər ağıllı sual ortaya çıxır: Necə olur ki, belə bir insan öz “dahiyanə” fikirlərini psixiatriya xəstəxanasında təkadamlıq otağın divarlarında yazmır?

Təəssüf ki, bu sualın cavabı hələ yoxdur, Cəlaloğludan yeni, “möhtəşəm” fikirlər isə hələ də gəlir və onlar hər bir Azərbaycan vətəndaşının əsəblərinə toxunur.

Sonda ona xahiş ilə müraciət etmək istərdim: Əzizim Sərdar Cəlaloğlu, əgər özünüzü rusiyalı Jirinovski səviyyəsində yerli kloun kimi göstərmək istəyirsinizsə, o zaman bu, sizin səviyyəniz deyil. Sizin yanınızda Jirinovski hətta son dərəcə adekvat və ağıllı siyasətçi kimi görünür. Siz, uzun müddət axtarsanızda, hələ də həyatınızda düzgün yolu tapmamısınız.

P.S. Bəzən gicbəsər o qədər axmaq olur ki, ona öyrəşməyə başlayırsan. Biz sizə öyrəşmişik, Sərdar Cəlaloğlu, belə də qalın.

R.M

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri