14 
İyn
2018
21:20
689
125
9016
Virtual karabakh

İlham Əliyev Dünya çempionatının açılış mərasimində

14 İyn, 2018
21:20
9016

İlham Əliyev Dünya çempionatının açılış mərasimində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının açılış mərasimində iştirak edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Qeyd edək ki, iyirmiyə yaxın ölkənin dövlət və hökumət başçılarının da qatıldığı açılış mərasimində Rusiya prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino çıxış ediblər.

Açılış şousunda isə britaniyalı müğənni Robbi Uilyams, rusiyalı dünyaca məşhur opera müğənnisi Aida Qarifullina və məşhur braziliyalı futbolçu Ronaldo Luis Naza Rio de Lima tamaşaçılar qarşısında çıxış ediblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri