17 
İyn
2018
13:09
29
153
9997
Virtual karabakh

MN: Bu, düşmənin növbəti informasiya avantyurasıdır – FOTO

17 İyn, 2018
13:09
9997

MN: Bu, düşmənin növbəti informasiya avantyurasıdır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xankəndi üzərində guya Ermənistana məxsus “qırıcı” təyyarələrin uçuşlar keçirməsi düşmənin növbəti informasiya avantyurasıdır.

Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bu gün bəzi yerli elektron informasiya vasitələri guya Xankəndi üzərində Ermənistana məxsus “qırıcı” təyyarələrin uçuşlar keçirməsi ilə bağlı erməni mətbuatının yaydığı xəbəri tirajlayıb:

“Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunlarının radiolokasiya stansiyaları ölkəmizin hava məkanını, o cümlədən Xocalı aeroportunu daim nəzarətdə saxlayır, hərəkət edən bütün aviasiya vasitələri izlənilir və istənilən uçuşların marşrutları barədə məlumatlar dərhal avtomatik rejimdə HHQ-nin Komanda Məntəqəsinə ötürülür.

İyunun 16-sı və 17-də xüsusi vasitələrlə çəkilmiş Xocalı aeroportunun foto və video görüntülərində hər hansı bir qırıcı təyyarənin olması müşahidə edilmir. Uçuş-eniş zolağı yaxınlığında köhnə istehsal olan, uzun müddət uçuşlara cəlb edilmədən orada saxlanılan 1 ədəd L-39 təlim, 2 ədəd Yak-52 təlim-məşq, 1 ədəd CH-701 yüngül gəzinti təyyarələri və çoxməqsədli Mi-8 helikopteri müşahidə olunur.

Bu kimi təxribat xarakterli məlumatlar düşmən tərəfindən məqsədyönlü surətdə yayılmaqla cəbhə xəttində vəziyyəti gərginləşdirməyə yönəlib və yerli kütləvi informasiya vasitələrinin Ermənistanın belə informasiya avantyuralarına reaksiya verməmələrini xahiş edirik”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri