17 
İyn
2018
22:09
33
172
2082
Virtual karabakh

ATƏT yanında 25 daimi nümayəndə Azərbaycana səfər edəcək

17 İyn, 2018
22:09
2082

ATƏT yanında 25 daimi nümayəndə Azərbaycana səfər edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana gələcək.

Oxu.Az-ın ATƏT-ə istinadən verdiyi məlumata görə, səfər Cənubi Qafqaza səfər çərçivəsində gerçəkləşəcək. 

Sabahdan iyunun 22-dək davam edəcək səfər Ermənistandan başlayacaq. Nümayəndə heyəti daha sonra Gürcüstana səfər edəcək. Qrupun sonuncu səfəri Azərbaycana olacaq. 

Hər üç ölkədə səfirlər ölkə rəhbərlikləri, parlament nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcəklər. Bildirilir ki, səfərin məqsədi səfirlərin ATƏT öhdəlikləri və prinsiplərinə uyğun olaraq stabillik, sülh və rifaha dəstəklərini nümayiş etdirməsidir. 

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri