22 
İyn
2018
04:35
23
75
1892
Virtual karabakh

“Bakı prosesi” Tiranada müzakirə edildi

22 İyn, 2018
04:35
1892

“Bakı prosesi” Tiranada müzakirə edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 51-ci sessiyası çərçivəsində qurumun Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin iclası keçirilib.

Oxu.Az-ın xəbərinə görə, komitənin iclasında “Üzv dövlətlərdə mədəni əməkdaşlıq və multikulturalizmin inkişafı” movzusunda müzakirələr aparılıb.

Müzakirələrdə adıçəkilən komitənin üzvü olan Azərbaycan nümayəndə heyətinin təmsilçisi Jalə Əliyeva da çıxış edib.

Millət vəkili bu haqda Oxu.Az-a açıqlamasında bildirib ki, çıxışı zamanı ölkədə son on ildə bu sahədə həyata keçirilən dövlət siyasəti, atılan addımlar haqqında məlumat verib.

“Çıxışımda bu yaxınlarda 10 illiyi qeyd ediləcək olan “Bakı prosesi”, ard-arda keçirilən Mədəniyyətlərarası Dialoq Forumları, Azərbaycan prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa təşəbbüsü və dəstəkləri ilə bu sahədə irəli sürülən təşəbbüslərdən danışdım.

Qeyd etdim ki, bu siyasət nəticəsində Azərbaycan dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Həmçinin, xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafinda nümunə kimi göstərilir.

Onu da vurğuladım ki, bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni müxtəlifliyə dəstəyin bariz nümunəsidir...”, - deyə J. Əliyeva sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri