21 
İyn
2018
16:20
196
32
2869
Virtual karabakh

Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?

21 İyn, 2018
16:20
2869

Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla xarici görünüşcə oxşar olduğumuzdan bəzən bizi səhv salırlar.

Oxu.Az “Gazetevatan”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xarici ölkələrdən olan həmkarları ilə münasibətindən danışarkən bildirib:

“Latın Amerikası, Körfəz ölkələrində “brother” (qardaş) dediklərimiz var. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla xarici görünüşcə oxşar olduğumuzdan bəzən bizi qarışdırırlar.

Toplantılarda Azərbaycana aid suallar verirlər. Əvvəllcə elə bilirdim ki, türk olduğum üçün bu sualı verirlər. Ancaq sonra da Elmarla məni səhv saldıqlarını bildim. Ona da təyyarədə Türkiyə ilə bağlı suallar veriblər”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri