22 
İyn
2018
18:08
251
24
4352
Virtual karabakh

Rusiya Xəzərin dibi ilə boru kəmərinin çəkilməsinə razılaşdı

22 İyn, 2018
18:08
4352

Rusiya Xəzərin dibi ilə boru kəmərinin çəkilməsinə razılaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər dənizinin hüquqi statusu haqqında layihə üzv-dövlətlərə sualtı boru kəmərləri çəkmək imkanı verəcək.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Rusiya hökumətinin ictimailəşdirdiyi sənədin mətnində deyilir.

Cümə günü Rusiya prezidentinə konvensiyanın layihəsinin imzalanması təklif olunan hökumət sərəncamının mətni dərc olunub.

Layihənin mətni isə  rəsmi hüquqi informasiya portalında ictimailəşdirilib.

“Tərəflər Xəzər dənizinin dibi ilə sualtı naqillər və boru xətləri çəkə bilər”, - deyə konvensiya layihəsinin 14-cü maddəsində deyilir.

Habelə sənəddə göstərilir ki, belə layihələr tərəflərin üzv olduğu beynəlxalq sazişlərdə təsbit olunmuş ekoloji tələb və standartlara cavab verməlidir.

Xüsusilə Xəzərin dəniz mühitinin qorunması üzrə 2003-cü il tarixli Çərçivə konvensiyası və ona aid olan protokollar əsas götürülür.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri