23 
İyn
2018
09:47
9
76
1593
Virtual karabakh

ATƏT Cənubi Qafqaza səfərlə bağlı bəyanat yaydı

23 İyn, 2018
09:47
1593

ATƏT Cənubi Qafqaza səfərlə bağlı bəyanat yaydı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT daimi nümayəndələr qrupunun Cənubi Qafqaza etdiyi səfərlə bağlı bəyanat yayıb.

Oxu.Az xəbər verir ki, bəyanat təşkilatın saytında yerləşdirilib.

“2018-ci ilin 18-22 iyun tarixlərində ATƏT yanında 24 daimi nümayəndədən ibarət qrup Ermənistan, Gürcüstan və Azərbaycana səfər ediblər. 

Bir neçə il ərzində bu formatda ilk dəfə keçirilən səfər səfirlərin ATƏT-in öhdəlikləri və prinsiplərinə uyğun olaraq təkrar olaraq regionda sülh, sabitlik və çiçəklənməyə böyük marağını və hər üç ölkədə ATƏT-in daha fəal iştirakını təsdiq etməyə istiqamətləndirilmişdir”, - bəyanatda deyilir. 

Sənəddə qeyd edilib ki, daimi nümayəndələr yüksək vəzifəli dövlət məmurları, müxtəlif partiyaları təmsil edən parlament üzvləri, eləcə də Yerevan, Tbilisi və Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçiriblər.

Bildirilib ki, danışıqlar zamanı əsas diqqət təhlükəsizlik məsələsinə, münaqişələrə və son siyasi hadisələrə yönəlib.  

“Azərbaycanda səfirlər xarici işlər naziri Mahmud Məmmədquliyevlə, həmçinin Milli Məclis (parlament) nümayəndələri, o cümlədən sədr müavini Bahar Muradova və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevlə görüşlər keçiriblər. 

Səfərin sonunda baş nazir Novruz Məmmədovla qrup üçün gələcək dialoq və ATƏT çərçivəsində əməkdaşlığa perspektivlər açan danışıqlar keçirilib”, - bəyanatda qeyd olunub. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri