İyl
2018
19:35
309
60
13211
Virtual karabakh

Deputat: Deyəsən, təpiyin vaxtı çatıb

8 İyl, 2018
19:35
13211

Deputat: Deyəsən, təpiyin vaxtı çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Atəşkəs çox kövrəkdir və hər an genişmiqyaslı müharibəyə çevrilə bilər.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Bəxtiyar Sadıqov deyib.

O, qeyd edib ki, atəşkəsi isə işğalçı Ermənistan, onun rəhbərliyi təhdid edir.

Millət vəkilinin sözlərinə görə, atəşkəs yenidən pozulacağı təqdirdə də, ən çox ziyan çəkən və itirən tərəf Ermənistan olacaq.

B.Sadıqov bildirib ki, çünki Azərbaycan Ordusu dəqiq müşahidə-nəzarət və kəşfiyyat məlumatlarına malik olduğundan, habelə müasir silahlara yiyələndiyindən hərbi əməliyyatlara başlanan kimi Ermənistan ordusunun komanda-idarəetmə mərkəzlərini dağıtmaqla onu iflic və idarəolunmaz vəziyyətə salmaq imkanındadır.

Millət vəkilinin bildirdiyinə görə, bu zaman Rusiya ilə Qərb arasında vurnuxan, Dağlıq Qarabağı danışıqlar masasına gətirməyə çalışan Paşinyanın da  çıxış yolu qalmayacaq, onu da istefaya  göndərdiklərinin aqibəti gözləyəcək.

“Amma atalar üçdən deyib. Birinci şapalaq 2016-nın aprelində gəldi. İkinci şapalaq bu ilin mayında dəysə də, səsi iyunda çıxdı.

Deyəsən, təpiyin vaxtı çatıb!”-deyə, millət sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri